Archive for the ‘Uncategorized’ Category

Qaranlıq

Posted: Aprel 13, 2012 in Uncategorized

  Sərin bir yaz səhərində Dərdli adam döngədə göründü. Aram addımlarla gəzişindən bəlli olurdu ki, o bu gün  də heç yerə tələsmirdi. Amma nə isə gərginlik var idi üzündə. Dayanacaqda yarı yuxulu halda böyrəklərinin sancısından inildəyən səfilin yanına yaxınlaşdı. Sərxoşun dünənki gecədən boşaltdığı şərab şüşəsini yenisiylə əvəz edib yoluna davam etdi.

Qağayı Johnatan Livingston

Posted: Mart 24, 2012 in Uncategorized

Bizim hər birimizin  daxilində yаşаyаn                             həqiqi Johnatаn Qаğаyıya… Səhər  аçıldı, sübh günəşinin qızılı şüalаrı sаkit dənizin xəfif ləpələrində bərq vurdu.  Sаhildən bir mil аrаlıda irəliləyən bаlıqçı  gəmisi qağayılara səhər yeməyinin vaxtının çatdığını xəbər verirdi.

Sentyabrda bir qorxu sarar içimi. Yaşadığım şəhər balacadır, təpələr var ətrafında. Təpələrin nə olduğunu hər kəs bilər. Biri öldüyündə təpələrə apararlar, orada basdırarlar onu. Təpələrdən biri dəfn üçündür, elə o biri təpə də. Tpələr isə yaşıl olar, yamyaşıl. Görəsən niyə belə yaşıl olarlar, yamyaşıl?

Pantomima…

Posted: Fevral 20, 2012 in Uncategorized

Təsadüfən getdiyim yeni il tədbirlərindən birindən məmnunluqla ayrılmışdım.  Buna səbəb bir neçə musiqi nömrəsindən sonar səhnəyə pantomim aktyorlarının çıxması oldu. Əvvəllər komediya janrında olan pantomim oyunları izləmişdim, amma ilk dəfə sevginin pantomimlə canlandırılmasına tamaşa edirdim.

Bu roman əsasında çəkilmiş filmə yəqin ki, hər kəs baxıb, baxmayanlar da Kvazimodadan xəbərsiz deyildirlər  məncə. Elə mən də filmdən sonra heç vaxt romanı oxumaq fikrinə düşməmişdim çünki, film olduqca zəif ekranlaşdırılıb. Amma bu yaxınlarda bir dostum əsəri mütləq oxumalı olduğumu dedi və əldə edib oxumağa başladım. Bəli utanc hissi ilə qeyd edirəmki Hüqonun bu [...]

Dostoyevski “İdiot”

Posted: Yanvar 31, 2012 in Uncategorized

Əsərin qəhrəmanı knyaz Mışkin epilepsiya xəstəsidir və isveçrədə həkim Şnayderin yanında müalicə aldıqdan sonra qayıdır. Knyazın sahib olduqları sadəcə əlindəki kiçik paltar bağlamasıdır. O,bütün pisliklərdən arınmış bir xarakterə malik olan olduqca təmiz bir insandır. Ətrafdakılar onu həmişə tənqid etsələr də onsuz dayana bilməzlər. İdiotluq dərəcəsində saf olan Mışkin zəkası, geniş dünya görüşüylə hər zaman ətrafındakıları [...]

Kafka- “Atama məktub”

Posted: Yanvar 29, 2012 in Uncategorized

Kafka bu məktubda atasının onun həyatına necə təsir etdiyindən danışır. Bu kitabda onun atasıyla olan munasibəti bütün çılpaqlığıyla əks olunub. Kitabı oxuyarkən yazıçının özünəməxsus tərzi oxucunu quyu kimi içinə çəkir. Atası Herman tez-tez uşaqlarına sahib olduğu həyatı necə çətinliklə qazandığını xatırladır. Kafka həmişə atasından səmimiyyət, dəstək gözləsə də belə hallarla çox seyrək və istisna zamanlarda [...]