Archive for the ‘My Lines’ Category

Duel

Posted: Aprel 3, 2012 in My Lines

Ən böyük güc dərin nifrətdən doğar.  Ruhun yüksəlişi üçün əzm və iradə lazımdırsa, onun üsyanına əzilməsi, cəmiyyət tərəfindən itilməsi yol açar…Və unutmayaq ki, bu monoton və sıxıcı dünyada yalnız üsyanlar rəngarəng görünər ki, baş qaldırı uğura çata bilsə bu qələbə tarixdə özünə yer qazana bilər ancaq. Cəmiyyət ya bu əsrarəngiz əsərinə baxıb  qürur duyacaq ya [...]

Aşağı baxma, yıxılarsan!!!

Posted: Mart 19, 2012 in My Lines

Mən prezident olsaydim nə heykəllərim olardı şəhərin küçələrində, nə də nəhəng posterlərim. Nitqlərim qısa və güvən verici olardı. Mən prezident olsaydım hər səhər velosipedlə baqqala gedib çörək alardım, cangüdənsiz, filansız.

“Mən” sənin axtardığınam!

Posted: Fevral 25, 2012 in My Lines

Kaş ki, bir dostum olardı, mənim sirrimi məndən gizlədə biləcək biri.Gözlərində sonsuz ümid parlayan biri.Mənə uçurumlardan qanadsız uçmağı öyrətsin. Yuxularımı nağıllarla çağırsın baş ucumda hər gecə. Şübhələr içində boğulduğum anlarda güvənlə sarılsın mənə.

….Gabriel…

Posted: Fevral 11, 2012 in My Lines

I can fly, but I want his wings, My angel Gabriel……                 Salam, Gabriel, necə olduğunu soruşmayacam, deyirdin ki, sən həmişə yaxşı olursan. Amma mən… Mən heç yaxşı deyiləm. Bilirsən, hərdən adamın elə dərdi olur ki, onu özündən də gizlədir. Ağlaya da bilmir elə hey fikir çəkir. Hə,Gabriel, tutmadın dostunun əlindən, bax indi onu dərd [...]

Sülh…!

Posted: Fevral 8, 2012 in My Lines

Papanın sülh göyərçini uçmadı, qələmim hüzünləndi və gözlərindən bu sətirlər damladı…

Burunsuzun hörümçəkləri

Posted: Yanvar 30, 2012 in My Lines

                                                                                      Hələ də etiqad azadlığını başa düşə bilməyənlərə…                 Hər şey uzun uzun [...]

Məğlubiyyət

Posted: Yanvar 18, 2012 in My Lines

                               ….Cəsarət edə biləsən,                                                            kölgəni də götürüb, arxana belə baxmadan                                                                                                           çıxıb gedəsən….           Hə, dostum, bir də saxta ölüm var, yalandan ölürsən , məsələn. Kiçik bir aldatmaca oyunu. Onlar sənin adın yazılan baş daşının altında bir səfili basdırarkən sən [...]

Cəza

Posted: Yanvar 17, 2012 in My Lines

  Bir gün sahildə başsız qağayı görsən        bilki balıqlar inqilaba başlayıb….. Hər kəsin kənarına yaxınlaşmağa qorxduğu bir uçurumu var. Ölümnən qaçmağa çalışdıq və qorxularımız sərhədlərə çevrildi. Içimizdən yalnız uçuruma yaxınlaşmağa cəsarət edənlər yaşamın əslində ölümün gözlərindəki valehedici ehtiras olduğunun fərqinə vardılar. Oysaki qorxularımıza sığınaraq yaşayan ölülərə dönüşürdük zaman keçdikcə. Və beləcə ölümün arsız qəhqəhələri qanadlarımızı [...]