Kafka- “Atama məktub”

Posted: Yanvar 29, 2012 in Uncategorized

Kafka bu məktubda atasının onun həyatına necə təsir etdiyindən danışır. Bu kitabda onun atasıyla olan munasibəti bütün çılpaqlığıyla əks olunub. Kitabı oxuyarkən yazıçının özünəməxsus tərzi oxucunu quyu kimi içinə çəkir. Atası Herman tez-tez uşaqlarına sahib olduğu həyatı necə çətinliklə qazandığını xatırladır. Kafka həmişə atasından səmimiyyət, dəstək gözləsə də belə hallarla çox seyrək və istisna zamanlarda qarşılaşırdı. Eyni zamanda atasının ailəsindən uzaqlaşanda, yəni başqalarının etrafında daha gülər üzlü və mehriban olması Kafkanın üzülməsinə səbəb olurdu.

Kafka nə etsə də hər zaman atasının qarşısında günahkar hesab olunurdu. Heyatı boyunca atasının bircə dəfə də ona əl qaldırmamasına baxmayaraq, məktubda qeyd edib ki, onun mənə bağırmağı, hirsindən üzünün qızarmağı döyülməkdən betər bir əzab idi. Atasıyla arasında sevgi əvəzinə dərin bir uçurumun mövcudluğu Kafkanın hər zaman utanc, bezginlik, gücsüzlük və günahkarlıq duyğularına qapılmasına səbəb olmuşdur və nəticədə o ətrafındaki bütün insanların özündən daha üstün olduğunu düşünürdü. Ətrafına qarşı güvənsizliyi özünə qarşı güvənsizliyə çevrilər və özündən başqa hər şeydən qorxmağa başlar.

Bir sözlə bu əsərdə Kafkanın atasına olan bütün düşüncələri, etirafları yazılıb. Amma məktubu neçə dəfə göndərsə də atasının əlinə keçməmiş geri götürmüşdür. Və Beləcə atası o məktubu heç vaxt oxumadı. Əsərin ən maraqlı məqamı isə sonda atasının verəcəyi cavabı  Kafkanın özünün yazması olub.

Şərhlər
  1. Huseyn says:

    Ayda bu menim heyatimla cox uzlawir mutleq oxumaliyam..tewekkur:)

Cavab qoy

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Connecting to %s